Noyabrın 29-da saat 09:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı, "Göytəpə və "Cəlilabad qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Bu barədə unikal.org-aSOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təmir müddətində aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.