Dünya tibb aləmində spirtli içkilərin ziyansız dozası haqda çoxdan mübahisələr gedir. Bəzi araşdırmalar göstərir ki, qırmızı çaxırın az miqdarda qəbulu hətta ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Unikal.org bildirir ki, onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır. Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.

Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur:

- ağız boşluğu xərçəngi

- qırtlaq xərçəngi

- qida borusu xərçəngi

- qaraciyər xərçəngi

- yoğun və nazik bağırsağın xərçəngi

- süd vəzi xərçəngi.

Ümumdünya xərçəng araşdırmaları fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir.sağlamolun.az