"Təbii ki, elektrik enerjisi tariflərinin artması metronun da xərclərinin artmasına səbəb olacaq.

Unikal.org bildirir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Metroda bir sərnişinin daşınma xərcinin sərnişinin ödədiyi gediş haqqından artıq olduğunu xatırladan N.Paşayev deyib ki, buna baxmayaraq, hökumətin sosialyönümlü siyasətinin nəticəsi olaraq, hər il metronun xərclərinin ödənilməsi üçün dövlət büdcəsindən metroya dotasiya ayrılır: "Biz də bu dotasiya hesabına işimizi davam etdiririk. Hazırda da bu istiqamətdə hər hansı bir problem olmadığına görə fəaliyyətimiz normal qaydada davam edir. Yəni Tarif Şurasına metroda gediş haqlarının artırılması ilə bağlı heç bir müraciət etməmişik, hələ ki, belə bir qərar da yoxdur. Qiymətin artırılması ilə birbaşa Tarif Şurası məşğul olur, onlar buna qərar verir.