"Azərbaycan Tarif (qiymət) Şurasına isti su təchizatı və isitmə xidmətlərinin yeni tarifləri ilə bağlı müraciət edilməsi istisna deyil".

Bunu Unikal.org-a "Azəristiliktəchizat ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

O vurğulayıb ki, təbii ki, qaz və enerjinin qiymətinin qalxması "Azəristiliktəchizat ASC xərclərinə də təsir göstərəcək: "Əlbətdə, bizim qaz və elektirik enerji xərcimiz iki dəfə artacaq. Rəhbərlik bununla bağlı kollegiya iclası keçirərək məsləhətləşmələr aparıldıqdan sonra qərar veriləcək. Ola bilər ki, Tarif Şurasına qiymətlərə yenidən baxılması üçün müraciət edilsin. Əslində, biz hökumətə öz hesabatlarımızı veririk. Onlar bizim hesabatlarımızdan görürlər ki, idarənin vəziyyəti necədir. Sonda qiymətlərlə bağlı qərar vermək hökumətin səlahiyyətində olacaq.