Masallının Xanalion kənd sakini Maqsud Şirəliyev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas olan banan yetişdirir.

Unikal.org azertag-a istinadən xəbər verir ki, banan tingi 4 il bundan əvvəl əkilsə də, təsərrüfatçı bu vaxtadək ondan məhsul əldə edə bilməyib. Ağac bir neçə dəfə soyuqdan qurusa da, yay aylarında yenidən cücərib.

Bu il banan ağacı bar verib. Meyvənin yetişməsini gözləyən Maqsud Şirəliyev deyir ki, banan yerli iqlimə xas bitki olmadığından ona xüsusi şəraitdə daim aqrotexniki qulluq göstərilməlidir. Təsərrüfatçı yaxşı məhsul götürərsə, banan ağaclarının sayını artırmaq fikrindədir.