Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti İran Baytarlıq Təşkilatının Azərbaycanda "quş qripi"nin olmasına dair məlumatına münasibət bildirib.

Unikal.org-un məlumatına görə, məsələ ilə bağlı Lent.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib ki, Azərbaycanda "quş qripi yoxdur: " Hazırda Azərbaycanda "quş qripi" xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə epizotik vəziyyət sabitdir. İran Baytarlıq Təşkilatının əməkdaşları gəlib bizdə monitorinq aparmayıb ki, belə bir fikir də irəli sürsünlər.

Qurum rəsmisi onu da qeyd edib ki, noyabrın 28-də köçəri quşların payız miqrasiyasını nəzərə alaraq "quş qripi ilə bağlı növbəti monitorinqə start verilib.

Qeyd edək ki, İran Baytarlıq Təşkilatı "quş qripinin qonşu ölkələr - Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və İraqda da yayıldığı, lakin bu ölkələrin Dünya Səhiyyə Təşkilatına hesabat vermədiyi ilə bağlı məlumat yayıb.