Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə, Rusiya, İran, Qazaxıstan, Ukrayna və Türkmənistandakı nümayəndəlikləri ləğv edilib.

Unikal.org-un məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin törəmə müəssisələrinin hüquqi statusu da dəyişib, törəmə hüquqi şəxslər adlandırılıb. Cəmiyyətin "Dənizçi yardımçı kənd təsərrüfatı müəssisəsi ləğv edilib. Törəmə hüquqi şəxs statusunda "ACSC logistics Məhdud Məsuliyyətli Cəmiyyəti, "Dənizçi mənzil-tikinti kooperativi, xarici törəmə hüquqi şəxslər və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin iştirakçı olduğu birgə müəssisələr Cəmiyyətin strukturuna daxil edilib. "Zığ Quru Yük Limanı və "İnflot Dəniz Agentliyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) siyahısına əlavə edilib.(apa)