Türkiyədə məktəbdə müəllimin şagirdlərinə əqrəb yedizdirməzi ilə bağlı skandal məlumatlar yayılıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Yenioba kəndində Şəhid Mustafa Elin adına olan məktəbdə 1-ci və 3-cü sinif şagirdlərinə dərs verən D.A (şərti ad) adlı şəxs tapdığı əqrəbi peçin üzərində qızardaraq tələbələrinə yedizdirib.

Çərşənbə günü məktəbdə tapdığı əqrəbi öldürdükdən sonra sinifdəki sobanın üzərində bişirib. D.A., sobada bişirdiyi əqrəbi kiçik parçalara bölərək ətrafından toplanan şagirdlərə verib. Bəzi şagirdlər əqrəbi yeyib və bəziləri də onu yeməkdən imtina edib.

D.A.'nın əqrəb yedizirdiyi iddia edən uşaqlardan 3-cü sinif şagirdi 9 yaşındakı H.E., əqrəbi özünün gördüyünü söyləyib. "Müəllim onu -‹-‹öldürdü. Qarnını yırtıb bişirdi. Bizə yedizdirdi".

1-ci sinif şagirdi 7 yaşındakı Ş-də müəllimin ona da əqrəb verdiyini və ancaq bundan imtina etdiyini deyib.

H.E.-nin anası Nejla E. isə hadisənin yaşandığı gün qızının məktəbdən gec gəldiyini ifadə edərək, "Niyə gec gəldin? ' deyə soruşdum. 'Yumurta yedik dedi. Daha sonra zəhərləndiyi üçün məktəbə təcili yardım çağırıldığını bildirib. Həkimlərin müdaxiləsindən sonra azyaşlının həyatını xilas etmək mümkün olub. Araşdırdıqdan sonra müəllim qızıma əqrəb yezidrdiyi məlum oldu. Mən də qızımı məktəbə göndərmirəm."

Məktəbin direktoru Mustafa İspir də, dərsdə olduğu üçün iddia edilən hadisəni görmədiyini deyib: "Bu məsələni məktəbə gələn bəzi vəlilərdən eşitdim. Region, əqrəb və ilanın çox olduğu bir bölgədir. İddiaları müəllimə soruşdum və özü əqrəbi öldürdüyünü söylədi." -dedi.

Şagirdlərə əqrəb yedirdiyi qarşıya qoyulan D.A. isə iddialarla əlaqədar bir şərh etməyəcəyini, lazımlı şərhi əlaqədar yerlərə edəcəyini söylədi.

Artıq məsələ ilə bağlı Türkiyə Təhsil Nazirliyi araşdırmaya başladığını və bu barədə yaxın günlərdə ictimayyətə məlumat veriləcəyini bildirib.