Bu gün həbsdə olan NİDA üzvü Bayram Məmmədovun məhkəməsi keçirilib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, prosesdə prokuror B.Məmmədova cəza tələb edib. O, təqsirləndirilən şəxsin 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3( külli miqdarda qanunsuz maddə dövriyyəsində) təqsirləndirilir.