İçərişəhərdəki "Art Garden sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyevin "Kazan, kulinarnıy samouçitel və "Plov, kulinarnoye issledovaniye kitablarının təqdimatı keçirilib.

Unikal.org xəbər verir ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu tədbir çox əlamətdar bir gündə keçirilir. Belə ki, bu günlərdə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən "Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Təqdimat mərasimi musiqili proqramla başa çatıb.

Leyla Əliyeva İçərişəhərdə -  Foto
Leyla Əliyeva İçərişəhərdə -  Foto
Leyla Əliyeva İçərişəhərdə -  Foto
Leyla Əliyeva İçərişəhərdə -  Foto
Leyla Əliyeva İçərişəhərdə -  Foto