Buğa bürcü cinsi potensialı ən yüksək və ehtiraslı bürclərdən biridir. Bəs digərləri?

Unikal.org lent.az-a istinadən bürclərin sevgi ilə bağlı istəklərini təqdim edir.

QOÇbürcü sevgidə son dərəcə ehtiraslı və arzuludur. Çox tez sevə bilir. Sevə bilməsi üçün içində yüksələn təhriklərə uyması yetərlidir. Cinsi potensialları yüksək olan qoç bürcünün kişiləri qadınlardakı gözəllik və çarəsizlikdən xoşlanırlar. Qoç qadınlar isə sevdiklərinə qarşı çox qısqanc olurlar.

BUÄžAbürcləri cinsi potensialı və ehtirası yüksək olan bürcdür. Onlar üçün cinsəllik yemək kimi çox vacib hesab edilir. Sevdiyinə sadiqdir və çox sevgili dəyişdirməyə meylli deyil.

ƏKİZLƏRbürcü üçün cinsəllik içdən gələn bir ehtiras deyil, daha çox təcrübə kimi hesab edilir. Sevgidə ehtirasla hərəkət etməkdən çox ağılla hərəkət etməyi sevirlər. Çox tez-tez sevgili dəyişən əkizlərin duyğuları və zehni də tez-tez dəyişir. Hər zaman daha yaxşını axtarması ucbatından bəzən eyni anda iki nəfəri idarə edə bilirlər.

HəssasXƏRÇƏNGlərin sevgiyə, cinsəlliyə olan münasibəti də olduqca həssas, romantik və qoruyucudur. Sevgisi üçün özünü qurban verə bilən xərçənglər qarşılığında çox az şey gözləyərək sevə bilər. Sevgidə ehtirasdan çox məhəbbətə önəm verir. Xərçəng sevgiliniz varsa, ondan ayrılmaq çətin olacaq. Çünki xərçəng sevirsə, sevgisi üçün mübarizə aparacaq.

ŞİRlərin sevgisi olduqca diqqətçəkən, göstərişli və ehtiraslıdır. Hər zaman təriflənməyi sevdikləri üçün sevgililərinə qarşı xoş davranışlar sərgiləyərlər. Münasibətdə idarə edən və qoruyan tərəf olmağı istəyən şirlər cinsəllikdə təriflənmək istəyərlər.

Hər zaman son dərəcə ağıllı, mükəmməl birini axtaranQIZbürcünəehtiraslı demək düzgün olmaz. Hər şeydə olduğu kimi, sevgidə də işin praktik və faydalı yönü ilə maraqlanırlar. Göstərməsə də, sevgi doludur. Sevdiyini xoşbəxt etmək üçün əlindən gələni edəcək. Daimsadiq biridir.

Son dərəcə cazibədar görünənTƏRƏZİlər hər kəs tərəfindən təriflənmək və bəyənilmək istəyərlər. Sevgiyə, dostluğa duyduqları ehtiyac ucbatından yanlış bir şey etməkdən və tənqiddən qorxarlar. Buna görə həqiqi duyğularını göstərmək onlar üçün çətindir. Birini sevməsələr belə, sevginin özünü sevərlər. Sənətçi ruhlu olduqları üçün hər şeydə estetik gözəllik və incəlik axtararlar. Cinsəllikdən çox romantizm onlar üçün önəmlidir.

Bütün bürclər içində ən seksual və ehtiraslı bürcƏQRƏBdir. Cinsəllik onların təbiətində var. Bütün duyğularını gərgin yaşayar və hiss edərlər. Duyğularının qarşılıqsız olması belə, onlar üçün əhəmiyyətli deyil. İstədiklərini əldə etmək üçün ölənə qədər mübarizə apara bilərlər. Xəyanəti bağışlamaz, son dərəcə qısqancdır. Onsuz da bir əqrəbi aldatmaq elə asan deyil. O dəqiqə anlayacaq.

Hər zaman macəra axtarışında olanOXATANbürcü istiqanlı və çəkicidir. Daha çox idmana və öyrənməyə həvəsli olur. Beləliklə, bütün enerjisini cinsəllikdən çox bu sahələrə sərf edir. Münasibətə idealist, dostyana yanaşa bilər. Azadlığını qəfəsə salmayacaq, öyrənməyə, inkişafa açıq, macəranı sevən biri ilə gözəl sevgi yaşaya bilər.

BirOÄžLAQdaimhədəfinə bağlı olur. Hədəfi daha çox işlə bağlı olsa da, sevgiyə qarşı da ola bilər. Münasibətə sevgidən çox məsuliyyət hissi ilə yanaşır.

DOLÇALARqoyulan ümumi qaydalara qarşı çıxmaqdan xoşlanırlar. Əslində onların tək istəyi azadlıq, sərbəstlikdir. Bu, münasibətlərinə də yansıyır. Sərbəstliklərinə mane olmayan, ya da özü kimi qaydalara qarşı çıxan -Ÿdəli-Ÿ birini sevə bilərlər.

Ən xəyalpərəst və romantik bürclərdən biri olanBALIQLARın əsas istəyi xəyal qurmaq və xəyalları üçün yaşamaqdır. Sevməyə həmişə hazırdır. Onlara duyğusal yöndən təsir edən birinə çox tez aşiq ola bilərlər. Sevərkən fədakar olurlar. Münasibətdə xəyal qırıqlığı yaşasa da, buna çox aludə olmazlar. Yeni sevginin xəyalını qurmağa başlayarlar.