"Hüquqların haqqında bil!" layihəsinə yekun verildi.

Unikal.org bildirir ki, layihənin əsas məqsədi yeniyetmə şagirdlərə hüquqları və vəzifələri haqqında ən zəruri məlumatları çatdıraraq onların cəmiyyətdə sərbəst və özünəinamlı şəkildə davranmaları üçün şərait yaratmaq idi.

Təlimlərin keçirilmə səviyyəsinin və şagirdlərin bilikləri mənimsəmə dərəcəsinin öyrənilməsi üçün şagirdlər arasında 12 suallıq açıq və qapalı tipli nümunələr olmaqla test imtahanı keçirilib və suallara daha çox doğru cavab vermiş ilk 3 yeri tutan şagirdlər diplom və hədiyyələrlə, digər şagirdlər isə sertifikatla təltif edilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Dövlət Universitetinin "Dəniz və Enerji hüququ" üzrə magistratura pilləsində təhsil alan Eldanə Əliyevanın rəhbərliyi ilə baş tutub.