Androidlərin köhnə versiyalarına "WhatsApp dəstəyi verilməyəcək. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, sosial media nəhəngi olan "Facebookun sahibi olduğu "WhatsApp artıq "iOS6, "Windows Phone 7, "Android 2.1 və "Androis 2.2 proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

Bildirilib ki, yenilənmiş "WhatsApp həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan "WhatsAppa daxil olmaq mümkün olmayacaq.

Bundan başqa 2017-ci ilin ortalarınadək "BBOS və "BlackBerry 10 proqram təminatlı cihazlarından "WhatsAppa giriş mümkünsüz olacaq.