"Fenerbahçe" - "Beşiktaş" derbisində meydana çıxan qonaqların müdafiəçisi Gökhan Gönül sabiq komandası və azarkeşlər tərəfindən soyuq qarşılandı. Alper Potuk və Volkan Demirel matçdan öncə onunla görüşəndə üzünə baxmadılar.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, matçdan sonra təcrübəli futbolçu bunları deyib:

"Keçmiş komanda yoldaşlarım mənə sahib çıxmadılar. Məni azarkeşlərin önünə atdılar, tribunalara oynadılar".

Qeyd edək ki, İstanbul derbisində hesab açılmamışdı.