Unikal.org 40 yaşdan sonra cavan qalmaq üçün qadın və kişilərə lazım olan qidaları təqdim edir:
Qadınlara lazım olan qidalar:
- A vitamini (mal ciyəri, yumurta sarısı, kərə yağı, bitki yağı, mal əti, paltus (şimal dənizlərində yaşayan kambala cinsli balıq), B6 (soya, quşqonmaz, düyü, noxud), C (bolqar bibəri, kələm, kivi, sitrus meyvələri, quşüzümü) və bioflavonoidlər (sarımsaq, zəncəfil). Bunlar stress və yüklənmələr zamanı qadının immun sisteminin işini yaxşılaşdırır.
- D vitamini orqanizmin kalsium ehtiyacını qarşılayır.
- Maqnezium ürək xəstəliklərindən, bağırsaq xərçəngi və diabetdən qoruyur.
- K vitamini (balqabaq, yaşıl noxud və s yaşıl tərəvəzlər) sümüklərin sağlamlığı üçün vacibdir.
-Xüsusilə pəhrizdə olub, zülal və yağ qəbulunu azaldanlar dəmirlə zəngin qidalar (qarabaşaq, mal ciyəri, yaşıl alma) seçməlidir. Dəmirin azlığı enerji itirilməsinə, solğun görüntüyə səbəb olur.
- Cinsi hormonlar olan estroqenin aktivliyi üçün E (bitki yağı, lobya), K (ispanaq, balqabaq, yaşıl noxud, yumrta sarısı), fol turçusu (cəfəri, rəngli və gül kələm) lazımdır.
Kişilərə lazım olan qidalar:
- A,C və E vitaminləri - antioksidantlar kişi orqanizmini ətraf mühitin pis təsirindən qoruyur və yaşlanmanı gecikdirir.
- B qrupu vitaminlər damar sisteminə müsbət təsir edən, ürək tutmalarının baş verməsinin qarşısını alan hormonların yaranmasını sürətləndirir.
- Sink (dəniz məhsulları, qoyun əti, balqabaq, göbələk) və A vitamini cinsi aktivliyi artırır.