Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun İmişli rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək bu ilin dekabrın 10-a keçirilib.

Komitənin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, qəbulda İmişli, Ağcabədi, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Sədrin qəbuluna yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi: (02122) 5-33-41.