"Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.
İTV-nin İctimayyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, dekabrın 5-də keçirilən iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.
Münsiflər Heyəti bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar verib.