Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən unikal.org-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 16:50:18-də Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.