"Azərkosmos Açıq Səhmdar Cəmiyyəti (ASC) "İnterAz televiziya kanalının "Azerspace-1 peyki üzərindən yayımının dayandırılması məsələsinin aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, "Azərkosmos ASC-nin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, "İnterAz-ın "Azerspace-1 peyki ilə yayımı dayandırılıb:

"Bunun hər hansı səbəbi yoxdur. Sadəcə olaraq, "İnterAz-ın peyk yayımı dayandırılıb.

"Azərkosmos ASC-dən "İnterAz-ın peyk yayımının nə zaman bərpa olunacağı ilə bağlı heç bir məlumat verilməyib:

"Bu məsələ ilə bağlı hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, bu ilin oktyabrından bəri İnterAz televiziya kanalının "Azerspace-1 peyki üzərindən yayımı dayanıb. Yayılan məlumata görə, "İnterAz TV-nin "Azərkosmos ASC-yə 75 min dollar borcu yaranıb.

Şirkət isə həmin vaxtı bu məlumatı təkzib edərək, yayımın dayanmasının sırf texniki problemlə bağlı olduğunu və yaxın günlərdə fəaliyyətinin bərpa olunacağını bildirmişdi.