Bakıda fəaliyyət göstərən taksilərdə taksometrlər quraşdırılacaq.

Unikal.org xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Azərtac-a müsahibəsində deyib.

O bildirib ki, hazırda taksilərin parklanması üçün ərazilərin müəyyənləşdirilməsi işləri aparılır. Bu günə qədər Bakı şəhərində mövcud olan 160 taksi dayanacağından 79-u pasportlaşdırılıb. Bu zaman əsas şərt kimi həmin dayanacaqların yerləşdikləri ərazilərdə taksilərin tıxaca səbəb olmaması götürülür.

M.Ağayev qeyd edib ki, taksilərə fərqlənmə nişanı verilməsi təmin edildikdən sonra isə gələcəkdə taksilərdə taksometrlərin quraşdırılmasına başlanılacaq.