Rusiya Federasiyasının Dağıstan Respublikasının daxili işlər naziri Abdulrəşid Maqomedov bu gün Azərbaycana səfərə gəlib.

Unikal.org-un "Report"a istinadən verdiyi məlumata görə, o, Qusar rayonunun Rusiya ilə sərhəddə yerləşən Samur sərhəd-keçid məntəqəsində qarşılanıb.

A.Maqomedov və onu müşayiət edən şəxslər sərhəddən Bakıya yola düşüblər. Səfərin rəsmi və ya qeyri-rəsmi olması barədə açıqlama verilməyib.

Xatırladaq ki, Dağıstanın daxili işlər naziri Abdulrəşid Maqomedov bu il oktyabrın 22-də Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclasında da iştirak edib.