Dünən Bakı şəhərinin Suraxanı rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Hövsan qəsəbəsindəki fərdi yaşayış evində 1985-ci il təvəllüdlü Bəxtiyarov Ağadadaş Rauf oğlu özünü asaraq intihar edib. Onun asılı vəziyyətdə qalmış meyitini qardaşı aşkarlayıb.

Bildirlir ki, A.Bəxtiyarov taksi sürücüsü imiş. O, bir müddət imiş ki, xəstəlikdən müalicə olunurmuş.
Ailəli olan 31 yaşlı Ağadadaşın 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.