Azərbaycanın şimal bölgəsinə qar yağıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, ən çox yağıntı Quba-Təngəaltı zonasına düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın Xınalıq, Qırız kəndlərində isə 8-13 sm-dək qar yağıb.
Qırız kəndində mənfi 18 dərəcə temperatur qeydə alınıb. Qarın qalınlığı Qusarda 17, Xızının Altıağac qəsəbəsində 10, Xaçmazda 2 sm təşkil edir.
Qar yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb.
Hazırda şimal rayonlarına qar yağmaqda davam edir. Proqnoza görə, qarlı hava şəraiti dekabrın 7-dək davam edəcək.(apa)