Dünən günorta saatlarında Londonun şimalındakı elitar məhəllələri su basıb.

Unikal.org Daily Mail-ə istinadən bildirir ki, İslinqton səmtindəki Upper Street-də yerin altında olan 36 düymlük su boruneun partlaması nəticəsində min tonlarla su ətrafa axıb.

Sonucda elitar məhəllərdə olan və hər biri minimum 10 milyon dollar dəyərində malikanələrə, evlərə böyük ziyan dəyib.

London metrosunun "Angel" və "İslington Green" stansiyaları arasındakı 500 metrlik ərazi su altında qalıb. Su xüsusilə "Camden Passage" ətrafındakı super dəbdəbəli butiklərə və restoranlara böyük ziyan vurub.

"Charlton Place", "Devonia Road" və "Colebrooke Row" küçələrində də evləri su basıb. "Steam Passage Tavern" yaxınlığında isə evlərin zirzəmilərinə 2 metr hündürlüyündə su yığılıb.

Londonda su şəbəkəsini idarə edən "Thames Water" şirkəti açıqlama yayaraq baş verən insidentə görə üzr istəyib, fəsadların ən qısa zamanda aradan qaldırılacağını bildirib.

Evini su basanlar arasında Britaniyanın XİN başçısı Boris Conson da var.

Onun malikanəsinə dəyən ziyanın miqdarı minimum 120 min dollardır.