"Azərbaycan jurnalistləri üçün Bakının Səbail rayonu ərazisində tikilən ikinci binada hazırda tamamlanma işləri gedir".

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov məlumat verib.
O deyib ki, mənzillərin yaxın aylarda jurnalistlərə təqdim olunması mümkün olmayacaq: "Mənzillər gələn ilin yayında, 22 iyul - Milli Mətbuat Günündə jurnalistlərə təqdim olunacaq".