Bakı-Şamaxı istiqamətində avtobus reyslərinə məhdudiyyətlər qoyulub. 

Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı bildirib.

"Əlverişsiz hava şəraiti ilə əlaqədar və təhlükəsizlik səbəbindən Bakı Beynəlxalq Avtovağzalından Bakı-Şamaxı istiqamətində reyslərə məhdudiyyətlər qoyulub", - deyə Ş. Mehmanqızı bildirib.