Çinin Hunan əyalətinin Huaihua şəhərində yaşayan və soyadının Su olduğu açıqlanan qadın həkimlərə müraciət edərək qulağında böcək olduğu haqda bildirib.

Unikal.org milli.az-a istinadən xəbər verir ki, qadın pambıqlı çöplə böcəyi çıxarmağa cəhd etsə də, böcək qulağının daha dərinliyinə gedib.

Həkimlər qadının qulağındakı böcəyi yatırmaq üçün əvvəlcə kimyəvi spreydən istifadə ediblər. Həkimlərin qulağındakı böcəyi çıxararkən qadının narahatlığı görüntülərdə də əks olunub. Tarakanın qulaq kanalından yavaşca çıxarılmasına baxmayaraq onun hələ də ayıq olduğu tərpənən ayaqlarından bilinib.