Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparacaqlar.

 Unikal.org xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 "Yaxın Şərqdəki durum və Rusiya-Türkiyə münasibətlərindəki vəziyyətlə əlaqədar Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması ehtimalı nə qədərdir" sualına D. Peskov belə cavab verib: "Sözsüz ki, Türkiyə kimi trubulentli regionla qonşu olmaq qonşularımıza sabitlik vermir. Daha qaynar mövzularla bağlı fikir mübadiləsi isə bir qədər gec aparılacaq".

 Qeyd edək ki, bu gün Kremldə Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarkisyanı qəbul edəcək.