Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" 2016-cı il 4 mart tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, qanunların və prezident aktlarının "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin;

Həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin. 

Qeyd edək ki, "İcbari sığortalar haqqında" aşağıdakı dəyişikliklər edilib:

1. Mətn üzrə ismin müvafiq hallarında "sığorta nəzarəti orqanı" sözləri ismin müvafiq hallarında "maliyyə bazarlarına nəzarət orqanı" sözləri ilə əvəz edilib.

2. 12.2-ci maddədə "96.1-ci" sözü "96-cı" sözü ilə əvəz edilib.

3. 34.1-ci maddədə "hüquqi" sözü "xarakterli" sözü ilə əvəz edilib.