Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilsinlər:
"Vətən uğrunda" medalı ilə
Məmmədov İlqar Aydın oğlu – general-mayor.
"İgidliyə görə" medalı ilə
Səmədov Aqşin İnqilab oğlu – leytenant (ölümündən sonra)
Hacıyev Faiq Qədir oğlu – çavuş (ölümündən sonra)
Hüseynov Saleh İsi oğlu – əsgər (ölümündən sonra).
"Hərbi xidmətlərə görə" medalı ilə
Daşdəmirov Çingiz Əli oğlu – polkovnik
İlmazov Əhliman Xalid oğlu – polkovnik
Məmmədov Şahin İbrahim oğlu – polkovnik
Əliyev Rəhman Hüseyin oğlu – polkovnik-leytenant
Hüseynov Mübariz Afiq oğlu – polkovnik-leytenant
İbrahimov Afər Xamməd oğlu – polkovnik-leytenant
Məmmədov Yusif Miryaqub oğlu – polkovnik-leytenant
Mustafayev Rafət Komsomol oğlu – polkovnik-leytenant
Paşayev Səməd Hafiz oğlu – polkovnik-leytenant
Səmədov Səbuhi Azad oğlu – polkovnik-leytenant
Yusubov Şiraslan Musa oğlu – polkovnik-leytenant
Əsədov Ziya Ramiz oğlu – mayor
İmanov Vidadi İman oğlu – mayor
Qəhrəmanov Hikmət Həsrət oğlu – mayor
Məmmədov Müşfiq Qəşəm oğlu – mayor
Staritskiy Vyaçeslav İqoreviç – mayor
Tağıyev Sadiq Feyruz oğlu – mayor
Zeynalov Müşviq Sovet oğlu – mayor
Hüseynov Emin Elçin oğlu – kapitan
Xəlilov Təbriz Müslüm oğlu – baş leytenant
Məmmədov Rəşad Əşrəf oğlu – baş leytenant".