CHP millət vəkilləri və partiya nümayəndələrinin iştirakı ilə qapalı toplantı keçirilib.
Unikal.org Türkiyə KİV-nə istinadə bildirir ki, CHP-nin əsas qərargahında keçirilən toplantıda AKP-nin konstitusiya təklifi qarşısında partiyanın izləyəcəyi yol xəritəsi müzakirə olunub.
Mətbuata qapalı keçirilən və 7 saat davam edən yığıncaqdan sonra K.Kılıçdaroğlu jurnalistlərə açıqlama verib.
Partiya lideri ölkədə son günlərdə baş verən terror hücumlarından danışıb. Onun sözlərinə görə, prezidentlik sistemi üçün hazırlıqlar ölkədə böyük faciəyə səbəb olub:
"Türkiyə son iki ildə demək olar ki, prezident tərəfindən idarə olunur. Bu səbəbdən Türkiyə artıq terrora təslim olub. Bu xalq Atatürkün özünə istəmədiyi vəzifəni başqa heç kimə verməz. Xalq prezidentlik xəyalına "dur desə, qan və göz yaşı da dayanar.