Türkiyədə rus səfirinin öldürülməsindən sonra hər iki ölkənin Xarici işlər naziri Rusiyada görüşüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sergey Lavrov və həmkarı Mövlud Çavuşoğlu səfir Andrey Karlovun ölümünün hər iki ölkənin münasibətini pozmağa yönəldiyini deyib. Rusiya XİN rəhbəri səfirin qətlini alçaq terror hadisəsi adlandırıb. O, hadisəyə dərhal reaksiya verdiyinə görə Türkiyəyə minnətdar olduğunu deyib.
Həmkarı ilə söhbət zamanı Mövlud Çavuşoğlu bildirib ki, bu terror aktının törədilməsi və təşkil edilməsinin bütün təfərrüatları tezliklə aydınlaşdırılmalıdır. O, "Andrey Karlovun ölümündə günahkar olan hər kəs cəzasını alacaq. Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçəyə səfir Andrey Karlovun adı veriləcək ,-deyib.