Rusiya səfirinin Türkiyədə qətlə yetirilməsi bizim üçün çox ağırdır.

Unikal.org-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Dünən Ankarada səfir Andrey Qennadiyeviç Karlov namərdliklə öldürülüb. Hazırda bu cinayət bütün təfərrüatı ilə araşdırılır", - Putin vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankara Müasir Sənət Mərkəzində silahlı şəxs tərəfindən güllələnib. Xəstəxanaya yerləşdirilən səfir oradaca vəfat edib. Qatil isə polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.

Rusiya XİN cinayət hadisəsini terror aktı kimi dəyərləndirib.

Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işi qaldırıb.