Rusiya planetar müdafiə mərkəzinin baş direktoru Anatoli Zayçev Yer kürəsinin nəhəng asteroid və ya kometlə toqquşacağı barədə məlumat verib.

Unikal.org xəbər verir ki, o bu barədə hava-kosmik məsələləri üzrə təşkil olunmuş konfransda danışıb.

"Ötən il Yer kürəsi sakinlərinin bəxti gətirdi ki, planetimiz 600 metrlik Hellouin asteroidi ilə toqquşmadı. Səma cismi Yerə yaxınlaşmasına 20 gün qalmış, oktyabrın 30-da, aşkar olundu. Belə fəlakət hər an baş verə bilər. Bu səbəbdən hesab edirəm ki, zəruri müdafiə tədbirlərini inkişaf etdirmək çox vacibdir - Zayçev deyib.

Onun sözlərinə görə, ötən 20 il ərzində Yerin atmosferinə 556 səma cismi daxil olub.

Dekabrın ortalarında NASA və Los-Alamoss milli labaratoriyasının alimləri asteroidlə toqquşmanın qarşısını almaq üçün effektli yollardan danışıblar. Ekspertlərin fikrincə, Yerə təhlükə yaradan səma cismini trayektoriyadan çıxarıb partlatmaq olar.