İran Dağlıq Qarabağ münaqişəsinin qısa zamanda həll olunacağına ümid edir. Unikal.org-un məlumatına görə, bu açıqlamanı Ermənistanda səfərdə olan İran prezidenti Həsən Ruhani verib.
Prezident deyib:
"Biz ümid edirik ki, regionda sülh və sabitliyin bərqərar olmasına şahidlik edəcəyik. Bizim üçün Azərbaycan və Ermənistan dost ölkələrdir. Biz ümid edirik ki, regionda sülh və sabitliyin şahidi olacağıq. Bu, bütün regionun xeyrinə olacaq. Bu məsələnin hərbi həll yolu yoxdur, biz onun sülh yolu ilə həllini görmək istəyirik".