Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.
"Unikal" xəbər verir ki, "Hıtech TGR"dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.
Beqanoviçin komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub.
***
Bakı keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
"Unikal" xəbər verir ki, mübarizəyə saa 14:15-də start verilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***
"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə start veriləcək.
"Unikal" xəbər verir ki, pilotlar üçüncü sərbəst yürüşdə iştirak edəcəklər.
Daha sonra "Formula-2"də sprint yarışı, ardınca "Formula-1"də sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
20 sentyabr
12:30. "Formula-1": Üçüncü sərbəst yürüş
14:15. "Formula-2": Sprint yarışı
16:00. "Formula-1": Sıralama turu