Bu gün Bakı bulvarında intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, saat 19 radələrində Saat Qülləsinin yaxınlığında 40-45 yaşlı kişi özünü dənizə atıb. Yaxınlıqdakı şəxslər çalışsalar da, onu xilas edə bilməyib.
Hadisə yerinə gələn xilasedicilər intihar edən şəxsin meyitinin axtarışına başlayıb.
Hadisə yerinin yaxınlığında intihar edən şəxsin pencəyi tapılıb. O, özünü dənizə atmazdan əvvəl pencəyini dirəyə asıbmış. Pencəyin cibindən intihar edən şəxsin məktubu tapılıb. Məktubda həmin şəxs bank borcunun olduğunu və bu borcu ödəyə bilmədiyini yazıb.