Dekabrın 24-də Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.

Unikal.org xəbər verir ki, prezident İlham Əliyevvə xanımıMehriban Əliyevamərasimdə iştirak ediblər.

Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlət başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verib.

Prezidentİlham ƏliyevYasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoyub.

Sonra dövlət başçısı mərasimdə çıxış edib.