İngiltərə Premyer Liqasının 19-cu turunda "Crystal Palace" klubunu qəbul edən "Arsenal" 2:0 hesabıyla qələbə qazanıb. Oyunda hesabı baxımlı "əqrəb zərbəsi" ilə Olivye Jiru açıb. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, fransalı forvard matçdan sonra "BBC Sport"a müsahibəsində bunu karyerasının ən gözəl qolu adlandırıb.

"Həmin epizodda bəxtim də gətirdi. Buna bənzər qolu əvvəl vurmamışdım. Bu, karyeramın ən baxımlı qoludur. Mənim həmin anda "əqrəb vuruşu" etməkdən başqa yolum yox idi. Bəlkə də, Mxitaryanın qolu məni ruhlandırmışdı. Şadam ki, hər şey alındı. Yeni ilə qələbə ilə başladıq. "Çelsi" ilə görüşə qədər bir neçə oyunumuz var. Qələbə seriyasını davam etdirmək lazımdır", - Jiru deyib.