Türkiyənin Malatya vilayətində psixoloji problemləri olan bir nəfər evdə ana və atasını silahla girov götürüb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, qonşuların müraciəti əsasında hadisə yerinə xeyli sayda polis və xüsusi hərəkat qrupu göndərilib.
Silahlı Taner Ö. polislər tərəfindən zərərsizləşdirilərək tutulub.