Venesuelada hərbi helikopter qəzaya uğrayıb.

Unikal.org-un RİA Novostiyə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 hərbçi və 5 mülki şəxs ölüb.

Məlumata əsasən, dekabrın 30-da itkin düşən Venesuela Hərbi-Hava Qüvvələrinə məxsus helikopter bu gün aşkarlanıb.