ABŞ-ın Alabama ştatının Rexobet şəhərində baş verən güclü tornado nəticəsində ən azı dörd nəfər həyatını itirib.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə məlumatı ABC telekanalı yayıb.
Məlumata görə, ölənlərin cəsədləri tikinti aparılan ərazidə tapılıb. Əksər evlərə və tikililərə ziyan dəydiyi bildirilir.
Yerli hakimiyyət orqanları qeyd edirlər ki, ərazidə həmçinin güclü leysan nəticəsində daşqınlar da baş verib.