Rusiyada 2016-ci il üzrə ən varlı 200 iş adamının siyahısı bəlli olub.

Unikal.org "Forbesə istinadən xəbər verir ki, top 10-luğa ötən il Leonid Mixelson başçılıq edib. Onun sərvəti 2016-cı ildə 14 milyard dollar təşkil edib.

İkinci sırada Mixail Fridman yer alıb. İş adamının sərvəti 13 milyard dollar olub. Sonrakı sıralama isə aşağıdakı kimi aparılıb:

Əlişir Usmanov- 12.5 milyard
Vladimir Potanin -12,1 milyard
Qennadiy Timçenko -11,4 milyard
Aleksey Mordaşov - 10,9 milyard
Viktor Vekselberq -10,5 milyard
Vladimir Lisin-9,3 milyard
Vahid Ələkbərov-8,9 milyard
Qerman Xan -8,1 milyard

Xatırladaq ki, ötən il üzrə Rusiyanın ən varlı iş adamı seçilən Leonid Mixelson "Forbesin 2015-ci il üzrə reytinqində 6-cı sırada, Vahid Ələkbərovdan sonda yer alırdı. O zaman onun sərvəti 11,7 milyard dollar idi.