Əfqanıstanın Hilmənd əyalətində silahlıların hücumu nəticəsində 8 polis əməkdaşı həlak olub, 3 nəfəri isə yaralanıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, insident Ləşkargah şəhərində baş verib. Silahlılar şəhərin Bolan rayonundakı polis postuna hücum ediblər.
İnsidentin təfərrüatları açıqlanmır. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.