"Reina"da Yeni il gecəsi qətliam törədən caninin qırğız olduğu ortaya çıxıb.
Unikal.org Milliyet-ə istinadən xəbər verir ki, hücumun "Yusuf Hoca" kod adlı bir terrorçu tərəfindən planlaşdırıldığı, qırğız terrorçunun da məhz bu şəxs tərəfindən İstanbula gətirildiyi təsbit edilib.
İddialara görə, qırğız əsilli terrorçunu Konyada hücumu planlaşdıran "Yusuf Hoca" kod adlı adam qarşılayıb və birlikdə 29 dekabrda İstanbula gəliblər. "Yusuf Hoca" terrorçunu Zeytinburnunda bir evə yerləşdirib. Burada terror planının son tamamlama "işlərini" edən qatilin "Reina" haqda ətraflı məlumat topladığı da üzə çıxıb. Hücum günü Zeytinburnu 58. Bulvar Prospektində əlində siqaret və çantayla taksiyə minən terrorçunun sürücünün telefonundan "Yusuf Hoca"ya zəng edərək məlumat verdiyi ortaya çıxıb.
Terrordan sonra da yenidən taksiyə minən terrorçu pulunu klubda çıxardığı gödəkcəsində unutduğunu və sürücünün "haqqını" yoldaşlarından pul alaraq ödəyəcəyini söyləyib. Bunun üçün də sürücünün telefonundan yenidən zəng edib. Ancaq bu dəfə zəng etdiyi nömrə bağlı olub. Buna görə də taksi sürücüsü terrorçunu avtomobilindən düşürüb. Aparılan araşdırmalarla zəng edilən nömrənin terror günündən bəri bağlı olduğu təyin olunub.
Polis indi də terror hücumunu planlaşdıran "Yusuf Hoca" kod adlı terrorçunun axtarışına başlayıb.