Türkiyənin İstanbul şəhərində məşhur "Reina gecə klubuna silahlı hücumu törədən şəxsin kimliyi məlum olub.
Unikal.org-un məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu agentliyinə müsahibəsində deyib. Nazir bildirib ki, terrorçunun saxlanması istiqamətində işlər davam edir: "Həmin şəxsin yaşadığı evə baxış keçirilib. Hazırda onun bu terroru törətmək üçün kimlərdən kömək alması, arxasında kimlərin olması ilə bağlı araşdırmalar davam etdirilir.