ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna hücum nəticəsində 39 nəfər ölüb, 65-dək şəxs yaralanmasından danışıb.
Unikal.org Hürriyet qəzetinə istinadən xəbər verir ki, prezident Florida ştatındakı Mar-a-Lago malikanəsində verdiyi Yeni il şənliyində çıxış edib.
Tramp 800 qonağın qatıldığı gecədə "Reinadakı qanlı faciəylə bağlı fikir bildirib. O bu hadisə Türkiyə üçün böyük fəlakət olduğunu deyib.
O, qaçqınların ABŞ-a girməsinin qarşısını almaq üçün Meksika sərhədinə divar hörüləcəyini deyib, daha sonra terrorla bağlı şərhini verib:
"Güclü sərhədlərə sahib olacağıq. Beləcə insanlar, ölkəmizə gələrkən, yalnız qanuni yollarla girə biləcəklər. Bizim istədiyimiz kimi olacaq. Divardan danışmışkən, Türkiyədə baş verən hadisə ilə bağlı xəbəriniz var? O gecə böyük bir fəalkət yaşandı. Çox, həm də çox insan öldü. Orada ciddi bir şeylər baş verir. Bu, bir qorxu nümayişidir.