Kosmosla bağlı araşdrma edən, 'Planet X - The 2017 Arrival' kitabının yazıçısı nəzəriyyəçi David Meade dünyanın sonu ilə bağlı maraqlı iddia ilə çıxış edib. Meade, hər kəsin gözlədiyi o tarixi verib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, David Meade 2017-ci ilin oktyabrında dünyanın sonu gələ biləcəyini və kainatın dağılacağını bəyan edib.
Nəzəriyyəçi David Meade iddiasını belə əsaslandırıb: "Günəşin əkizi' olan nəhəng bir ulduz var. O yer kürəsinə yaxınlaşır. Dünyanın cənub qütbündəki nöqtələrinə doğru irəliləyir. Mavi bir planet olan Nibiru da daxil olmaqla "yeddi orbit cisimcikləri" özü ilə gətirəcək. 'Nibiru' çəkisi yüzlərlə il əvvəl digər planetləri də öz orbitlərindən çıxarıb."-deyə nəzəriyəçi fikrini əsaslandırıb.
NASSA nəzəriyyəçinin açıqlamasına cavab verib. Bildirilir ki, "Nibiru'nun varlığını qəbul etmirik və belə iddiaları rədd edirik.