Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, İranın Beynəlxalq Qaz Şirkəti öhdəliklərini yerinə yetirmədiyinə görə Türkmənistanı beynəlxalq məhkəməyə verəcək.
Bu barədə yazılı açıqlama verən İran şirkətinin ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, yanvarın əvvəllərində Türkmənistan İrana satdığı qazın haqqının ödənilməməsini bəhanə edərək qaz ixracını dayandırıb.
Açıqlamada qeyd olunur ki, Türkmənistanın iddiası əsassızdır. Belə ki, İran iqtisadi sanksiyalara məruz qaldığı dövrdə Türkmənistandan qaz alaraq haqqını nağd pulla deyil, razılaşmaya əsasən avadanlıqlar, müxtəlif mallar və xidmətlər göstərərək ödəyib. Bütün bunlar razılaşmada göstərilib.
Qeyd edək ki, İranın Beynəlxalq Qaz Şirkəti etiraz məktubunu Türkmənistanın Xarici İşlər Nazirliyinə təqdim edib.