Transilvaniyada yerləşən və Rumıniyada "Bermud üçbucağı kimi tanınan Xoyya-Baçu meşəsi "dünyanın 18 ən qorxulu yeri adlı reytinqə başçılıq edib.
Unikal.org-un xarici mediaya istinadən məlumatına görə, siyahı 9gag.com əyləncə saytında yerləşdirilib. Meşə bütün dünya üzrə sosial şəbəkə istifadəçiləri arasında böyük marağa səbəb olub. Bu yerlərdə insanların itməsi və yadplanetlilərin olması ilə bağlı çoxlu əfsanə var.
Siyahıya həmçinin 1944-cü ildə 642 sakini ilə birlikdə məhv edilən Fransanın Oradur-Syun-Qlan qəsəbəsi də daxil olub. Hazırda bura xarabalıqdır, yaxınlıqda eyni adda yaşayış məntəqəsi salınıb.
Reytinqdə İrlandiyanın Lip qalası da var. Vikipediyaya əsasən, qalanın О-™Kerollar soyadlı sahibləri barışıq adı ilə düşmənlərini qonaq çağırırdılar, sonra isə onları masa arxasında və ya qonaqlıqdan sonra yataqda öldürürdülər.
Siyahıya həmçinin sentyabr-oktyabr aylarında yüzlərlə quşun intihar etdiyi Hindistanın Yatinqa şəhəri, Çində xarabalığa çevrilmiş "Disneyland və "Cəhənnəmə qapı (Türkmənistan) adlı krater də daxil edilib.